Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:31

Jurnalistin ölümündə bəziləri Kərimovu müqəssir bilir


26 yaşlı Alişir Saipovun həyat yoldaşı, 3 aylıq qızı qaldı
26 yaşlı Alişir Saipovun həyat yoldaşı, 3 aylıq qızı qaldı

Alişir Saipov oktyabrın 25-də doğma şəhəri Oşda dəfn olundu. Dəfndə 200-dən çox jurnalist, insan haqları müdafiəçiləri, ondan kömək gördüyünü deyən adamlar iştirak edib.


Jurnalisti oktyabrın 24-də işdən çıxanda güllələyiblər. Polisin dediyinə görə, Alişiri vuran adam əvvəl onu ayağından yaralayıb, sonra yaxınlaşaraq gülləni başına çaxıb. Hadisənin yeganə şahidi siyasi şərhçi, ekspert İqbol Mirsaitovdur. Hazırda polis onu dindirir.


Qırğızıstanın Prezident Aparatı deyir ki, qətlin araşdırılmasına birbaşa prezident Kurmanbek Bakıyev özü nəzarət edəcək. Prezidentin sözçüsü Nurlan Şakiyev: «Prezidentə bu barədə məlumat verilib. Bakıyev bunu mühüm məsələ hesab edir. Birbaşa hadisə yerində araşdırma aparılması üçün Qırğızıstan prezident administrasiyasının Təhlükəsizlik və Müdafiə Departamentinin başçısı Omurbek Subanaliyev Oşa göndərilib».


Müşahidəçilər və dostlarının dediyinə görə, Alişir Saipovu siyasi fikirlərinə görə öldürüblər. Axır vaxtlar o, yoldaşlarına hədələndiyini, kiminsə onu izlədiyini deyirmiş. Hesab edirmiş ki, onu izləyənlər Özbəkistanın agentləridir.


Saipov Özbəkistanda korrupsiyadan, camaatın haqqının tapdanmasından tez-tez yazırdı. O, 2005-ci ilin Əndijan hadisələrində fəal iştirak edib. Həmin vaxt hökumət qüvvələri camaatı güllələyəndən sonra çox adam qonşu Qırğızıstana qaçmışdı. Jurnalist qaçqın düşərgələrindən reportaj hazırlayırdı.


Özbəkistanın rəsmi mətbuatı Alişir Saipovu tez-tez tənqid edirdi. Hətta bu yaxınlarda özbək televiziyalarından biri Saipov haqqında yarım saatlıq proqram vermiş, onu Özbəkistanda sabitliyi pozmaqda günahlandırmışdı.


Özbəkistan müxalifətçilərindən biri, «Ərk» Partiyasının lideri Muhəmməd Solih: «Bir neçə ay idi ki, İslam Kərimovun adamları onu hədələyirdilər. Mən şahidəm ki, Özbəkistanın gizli xidmətinin agentləri ona hədə-qorxu gəlirdilər. Alişir özü də bu barədə mənə bir neçə dəfə danışıb. Bu, Kərimovun işidir, buna şübhəm yoxdur».


Qırğızıstan vətəndaşı olsa da, Saipov etnik özbəklərdən idi. Bu il o, «Siyosat», yəni «Siyasət» adlı özbəkdilli qəzetin nəşrinə başlamışdı. Bu nəşrin redaktoru olmaqdan başqa «Amerikanın səsi» radiosuna reportajlar hazırlayırdı.


26 yaşlı Alişir Saipovun həyat yoldaşı, 3 aylıq qızı qaldı.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG