Oktyabrın 25-də gecə saat 03.55 radələrində Suraxanı rayonundakı Qum adasının ərazisində, NQÇİ-nə məxsus 208-ci meydançadakı neft buruğundan qaz püskürməsi nəticəsində yanğına keçən partlayış baş verib və buruq uçub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, yanğının söndürülməsi ilə məşğul olan Fövqəladə Hallar Nazirliyinin 54 saylı Hərbiləşdirilmiş Yanğınsöndürmə Xidmətinin rəisi Rizvan Quliyev və Natiq Abbasov xəsarət alıblar. Faktla bağlı araşdırmalar aparılır.