Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:35

Mirzə Sakit aclığı dayandırıb


Hazırda 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakit aclıq aksiyasını dayandırıb. Bu barədə APA -ya məhbusun qardaşı, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid bildirib.


Zahid deyib ki, qardaşının aclığı dayandırması haqda onun saxlandığı müəssisədən məlumat alıb.
Ötən həftənin sonunda Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən həbsxanaya qaytarılan M.Sakit yenidən ailəsinin yaşadığı ünvandan çox uzaqda yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsinə aparılmasına etiraz əlaməti olaraq aclığa başlayıb. Lakin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən onun aclıq aksiyasına başlaması barədə məlumat təsdiq olunmayıb.


XS
SM
MD
LG