Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:34

«Nəhayət biz BMT-nin özündə islahatlar aparmalıyıq»


Ban Ki Mun 24 oktyabr Birləşmiş Millətlər Təşkilatı Günü münasibəti ilə müraciət edib
Ban Ki Mun 24 oktyabr Birləşmiş Millətlər Təşkilatı Günü münasibəti ilə müraciət edib

Birləşmiş Millət Təşkilatının baş katibi Ban Ki Mun 24 oktyabr Birləşmiş Millətlər Təşkilatı Günü münasibəti ilə müraciət ünvanlayıb.


Sənəddə dünyada BMT-nin rolunun artdığı vurğulanır: «Qlobal problemlər qlobal həll yolları tələb edir- təklikdə bunların öhdəsindən gəlmək qeyri-mümkündür. İstər sülh və təhlükəsizlik, inkişaf məsələləri, istərsə də insan hüquqları barəsində danışarkən qeyd etməliyik ki, bizim Təşkilata olan ehtiyac gündən-günə artır».


Baş katib deyir ki, sülhün qorunmasında və sülh quruculuğunda BMT-nin öz rolunu daha fəal oynaması üçün onun imkanlarının artırılması zəruridir.


Ban Ki Mun bildirir ki, əgər təhlükəsizlik və inkişaf Millətlər Təşkilatının fəaliyyətinin iki əsas istiqamətini təşkil edirsə, insan hüquqları üçüncüsüdür.


Cənab Mun beynəlxalq təşkilatda islahatların aparılmasının da vacib olduğunu qeyd edir: «Nəhayət biz BMT-nin özündə islahatlar aparmalıyıq. Biz yeni tələblərə cavab vermək üçün elə uyğunlaşmalıyıq ki, etika, vicdan və cavabdehliyin ən yüksək standartlarını təmin edə bilək və üzv dövlətlər və dünyada yaşayan bütün insanlar qarşısında tam məsuliyyət daşıdığımızı nümayiş etdirək».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG