Oktyabrın 23-də səhər saatlarından başlayaraq, Bakı şəhər Dövlət Yol Polisi əməkdaşları avtomobillərdən pərdə və plyonkaları sökməyə başlayıb. Polisdən xəbərdarlıq edirlər ki, oktyabrın 25-dək standartlara cavab verməyən belə avtomobillərin istismarı qadağan edilir.
Bakı BPİ-nin Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, hazırda yol polisinin bütün əməkdaşları paytaxt yollarında şüşələri standart vəziyyətdə olmayan avtomobillərin şüşələrinin standart vəziyyətə gətirilməsi və ümumilikdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması ilə məşğul olur.
