İran prezidenti Mahmud Əhmədinejad Ermənistana səfərini yarımçıq qoyub, Tehrana qayıdıb. Prezidentin rəsmi səfərdən erkən dönməsi səbəbləri barədə məlumat verilmir.
Qeyri-rəsmi məlumatlara görə, proqramın dəyişilməsinə səbəb İranda gözlənilmədən yaranan vəziyyətdir.
Oktyabrın 23-də Ermənistana ikigünlük səfərinin sonunda Əhmədinejadın «erməni soyqırımı» abidəsinin önünə əklil qoyacağı və parlamentdə deputatlar qarşısında çıxış edəcəyi gözlənilirdi.
Ermənilər I Dünya Müharibəsi dövründə Osmanlı İmperiyası ərazisində ermənilərin kütləvi qətlə yetirildiyini iddia edirlər.
Türkiyə bu iddiaları əsassız sayır.