Bu barədə Azərbaycandakı Kazak Təşkilatının rəhbərliyi oktyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib.
Kazak Həmyerlilər Birliyi atamanının müşaviri Nəriman Taraqaçev deyir ki, kazakların əsas problemi işsizlik və maliyyə çatışmazlıqları ilə bağlıdır.
Kazaklar MDB ölkələrindən olan həmyerlilərinin guya Dağlıq Qarabağla əməkdaşlıq əlaqələri yaratmaq niyyətinə düşməsi və Yerevanda qurultay keçirəcəkləri barədə Ermənistan KİV-də yayılan məlumatları təkzib ediblər.
Hazırda Azərbaycanda 1300-dən artıq kazak yaşayır.