Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirlikləri arasında təhlükəsizlik və hərbi-siyasi məsələlər üzrə məsləhətləşmələr keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, məsləhətləşmələri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla Türkiyənin xarici işlər nazirinin müavini Ünal Çeviköz aparıblar.
Məsləhətləşmələr zamanı təhlükəsizlik, hərbi-siyasi, regional, beynəlxalq təhlükəsizlik və Avro-Atlantik məsələlər üzrə fikir mübadiləsi olub və əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılıb.
Ünal Çeviközün Azərbaycanın xarici işlər nazirinin digər müavinin Xələf Xələfovla da görüşü olub.