Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 05:25

XİN erməni soyqırımı haqda qətnaməni pisləyir


Xarici İşlər Nazirliyi qərarı səhv və qərəzli hesab edir
Xarici İşlər Nazirliyi qərarı səhv və qərəzli hesab edir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin erməni soyqırımı iddiaları haqqında qəbul etdiyi qərarı səhv və qərəzli hesab edir və pisləyir.


Nazirliyin oktyabrın 12-də yaydığı bəyanatda 106 nömrəli qətnamə regional və qlobal proseslər üçün mənfi hal hesab edilir: «Azərbaycan Birinci Dünya müharibəsi zamanı baş vermiş faciələrə dair arxiv sənədlərinin öyrənilməsi haqqında Türkiyənin çağırışını dəstəkləyir».


XİN bəyan edir ki, Azərbaycan özü Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb: «Buna bariz nümunə yüzlərlə qadın, uşaq və qocanın qətli ilə nəticələnən Xocalı soyqırımıdır. Həmçinin Ermənistan tərəfindən həyata keçirilən çoxsaylı terror aktlarının və ərazilərinin işğalının qurbanı olan bir ölkə kimi Azərbaycan erməni diasporası və hökumətinin öz cinayətlərini aqressiv təbliğatla necə gizlətdiyinə yaxşı bələddir».


Nazirliyin bəyanatında daha sonra bildirilir: «Azərbaycan XİN-i ABŞ Konqresinin qərəzsizliyinin və etnik lobbilərin təzyiqi altında olmadığının nümayiş etdirilməsi üçün ABŞ Nümayəndələr Palatasını 106 nömrəli qətnaməni qəbul etməkdən çəkinməyə israrla çağırır».


Oktyabrın 11-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş hadisələrin soyqırım adlandırılması haqqında 106 nömrəli qətnamə layihəsini qəbul edib. Qətnamədə deyilir ki, 1915-17-ci illərdə Osmanlı imperiyası ermənilərə qarşı ardıcıl soyqırım həyata keçirib.


XS
SM
MD
LG