Dünyada ən az abort edən qadınlar Qərbi Avropa ölkələrində yaşayırlar. Ən çox abort isə Şərqi Avropa ölkələrindədir.
«Lancet» tibb jurnalı yazır ki, Qərbi Avropada hər min qadından 12-i hamiləliyini pozur. Şərqi Avropada isə hər min qadından 44-ü övladından doğulmamış imtina edir. Ümumiyyətlə isə abort edənlərin sayı bütün dünyada azalır.
«Lancet» jurnalı yazır ki, hər il dünyada 70 min qadın abortdan ölür. Ölüm halları Qərbi Avropa ölkələrində daha çoxdur.