Keçid linkləri

2025, 15 Mart, şənbə, Bakı vaxtı 17:39

Albert Qor Nobel sülh mükafatı laureatıdır


Albert Qor Bill Klinton adminstrasiyasında vitse-prezident postunu tutub
Albert Qor Bill Klinton adminstrasiyasında vitse-prezident postunu tutub

Oktyabrın 12-də 2007-ci il Nobel sülh mükafatı laureatları elan edilib. Bu, Amerikanın keçmiş vitse-prezidenti Albert Qor və BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupudur. Albert Qor qlobal istiləşməyə qarşı apardığı fəal mübarizəyə görə mükafata layiq görülüb.


Mükafatın dəyəri 1,5 milyon dollardır. Sülh mükafatı bu həftə elan edilən Nobel mükafatları sırasından beşincidir. Gələn həftə iqtisadiyyat nominasiyası üzrə qalibin adı açıqlanacaq.


Təqdimat Norveçin paytaxtı Osloda olacaq.


Sülh mükafatı almağa çeçen hüquq müdafiəçisi Lidiya Yusupova, Çində uyğurların hüquqlarını müdafiə edən Rəbiyə Qədir, Finlandiyanın keçmiş prezidenti Martti Ahtisaari də olub. Belarusun hüquq müdafiəçisi Ales Belyatski və müxalifət lideri Stanislav Şuşkeviç də şanslı namizədlərdən hesab olunurdular.


XS
SM
MD
LG