Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:49

MSK «Başqa Rusiya»nın namizədlərini qeydiyyata almaqdan imtina edib


Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 2-də Dövlət Dumasına seçkilərdə müxalif «Başqa Rusiya» koalisiyasının namizədlər siyahısını qeydiyyata almaqdan imtina edib.


MSK sədri Vladimir Çurovun məktubunda deyilir ki, imtina «Başqa Rusiya»nın Federal Qeydiyyat Xidmətinin siyahısında olmaması ilə əlaqədardır.


Birləşmiş Vətəndaş Cəbhəsinin rəhbərliyinin üzvü Denis Bilunov «İnterfaks»a deyib ki, «Başqa Rusiya» seçkilərdə ona iştirak etməyə imkan verilməyəcəyini yaxşı başa düşür: «Amma bizim üçün bu imtinanı qeyd etmək vacib idi».


Buna baxmayaraq, müxalif koalisiya təşviqat kampaniyasını davam etdirmək niyyətindədir.


XS
SM
MD
LG