Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:04

«Mən yazılarıma görə həbs olunmuşam»


«Nədə ittiham olunmagım isə hələ də mənə aydın deyil»
«Nədə ittiham olunmagım isə hələ də mənə aydın deyil»

«Mən öz yazılarıma görə həbs olunmuşam, nədə ittiham olunmagım isə hələ də mənə aydın deyil».


«Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev Agır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə oktyabrın 10-da keçirilən prosesdə belə deyib. O, ozünə qarşı ittihamları qəbul etmədiyini də bildirib.


Bu günkü prosesdə jurnalist Xarici İşlər naziri Elmar Məmmədyarovun şahid qismində dindirilməsiylə bağlı vəstət qaldırsa da, məhkəmə vəsatəti qəbul etməyib. Fətullayev iddia edir ki, onun həbsi üçün Elmar Məmmədyarov Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib.


Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Xəzər İbrahimsə bildirib ki, bu iddia əsassızdır.


Eynulla Fətullayev terrorla hədələmə, milli ədavəti qızışdırmaq və vergidən yayınmada ittiham olunur.


XS
SM
MD
LG