Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 06:35

Fizika üzrə Nobel mükafatı sərt disklərə görə verilib

2007-ci ildə fizika üzrə Nobel mükafatının laureatları fransız Albert Fert və alman Peter Qrünberq olublar.


Mükafat «nəhəng maqnit müqaviməti» effektinin kəşfinə görə verilir. Bu ixtira kompyuterlərdə sərt disklərin (hard-disk) iş sürətini və həcmini radikal şəkildə artırmaq imkanı verib.


Bu il Nobel mükafatının məbləği təxminən 1,5 milyon dollar təşkil edir.


Mükafatlandırma mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək.


XS
SM
MD
LG