Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:28

Qərbi Azərbaycan vilayətində məktəblərin əksəriyyətində səhiyyə xidməti yoxdur


Yoxsul məntəqələrdə uşaqların çoxu dəri və göz xəstəliklərindən əziyyət çəkir
Yoxsul məntəqələrdə uşaqların çoxu dəri və göz xəstəliklərindən əziyyət çəkir

İranın Təhsil Nazirliyinin Qərbi Azərbaycan vilayətindəki nümayəndəsi Həmid İbrahimi məktəblərin 70 faizində uşaqların səhiyyə xidmətindən məhrum qaldığını bildirib.


Qərbi Azərbaycan vilayətində məktəb uşaqlarının qida və səhiyyə şəraitini yoxlayan nazirliyin başqa bir işçisi Nazənin Gülzari qeyd edib ki, Qərbi Azərbaycanın 10 mahalının uşaq bağçaları və məktəblərində səhiyyə işçisi yoxdur. Bütün vilayətdə məktəb uşaqları üçün cəmisi 150 səhiyyə təlimatçısı var ki, onlar da 12 min uşağa baxmalıdır.


Oktyabrın 6-da vilayətin mərkəzi Urmiyədən «Fars» xəbər agentliyi»nə müsahibə verən xanım Gülzari bildirib ki, büdcə azlığı ucbatından məktəb uşaqlarının sağlamlıq durumu yoxlanılmır və valideynlərə də bu haqda lazımı təlimat verilmir.


Həmin hesabata əsasən vilayətin yoxsul məntəqələrində uşaqların çoxu dəri və göz xəstəliklərindən əziyyət çəkir. Xüsusi ilə məktəblilər arasında baş biti (pedikulus) geniş yayılıb.


İranın Təhsil Nazirliyinin Qərbi Azərbaycan vilayətindəki nümayəndəliyi bildirir ki, hazırda vilayətin 904 ucqar kəndi yalnız 275 məktəblə təmin edilir. Lakin, bu məktəblərin heç birisinin səhiyyə mürəbbisi yoxdur və gələn ilin büdcəsində də səhiyyə xidmətlərinin yüksəldilməsi üçün heç nə nəzərdə alınmayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG