Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 16:30

AŞ PA-nın 30-dan çox deputatı Politkovskayanın qətlinin təhqiqi ilə bağlı komissiya yaratmağa çağırır

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 30-dan çox nümayəndəsi Anna Politkovskayanın qətlinin təhqiqi üçün beynəlxalq komissiya yaratmağa çağırıblar.


Parlamentarilərin məktubunda son illər Rusiyada öldürülmüş bütün jurnalistlərin qətllərinin müstəqil araşdırılmasının zəruriliyi qeyd olunur.


Avropanın müxtəlif ölkələrini təmsil edən 34 deputat kommunizmin süqutundan sonra Rusiyada baş verən dəyişikliklərdə jurnalistlərin müstəsna rolunu vurğulayıblar.


«Novaya qazeta»nın şərhçisi Anna Politkovskaya ötən il oktyabrın 7-də Moskvadakı mənzilinin qarşısında qətlə yetirilib.


XS
SM
MD
LG