Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:53

Qənimət Zahidin işi üzrə məhkəmə oktyabrın 8-nə qaldı


Nazir Qənimət Zahidin həbs edilməsi və təkzib verilməsi barədə iddia qaldırıb
Nazir Qənimət Zahidin həbs edilməsi və təkzib verilməsi barədə iddia qaldırıb

«Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidin işi üzrə məhkəmə prosesinin başlanması oktyabrın 8-nə təyin edilib. Bu qərar Svetlana Əhmədovanın sədrliyilə Yasamal Rayon Məhkəməsi tərəfindən oktyabrın 5-dəki hazırlıq iclasında qəbul edilib.


İddiaçının təmsilçisi Anar Əliyev (İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı) işin siyasi xarakter daşıması barədə KİV-də yazılanları təkzib edib.


Eyni zamanda, o, nazir Heydər Babayevin həqiqətən Mətyu Brayzanın toyunda iştirak etdiyini və ona hədiyyə verdiyini təsdiqləyib. O, bildirib ki, bununla belə nazirin toyu maliyyələşdirməsi iddiaları həqiqəti əks etdirmir və böhtan və təhqir xarakteri daşıyır.


Cavabdehin nümayəndəsi Elçin Sadıxlı prosesdə Heydər Babayevin özünün iştirak etməsi barədə vəsatətlə çıxış edib, belə ki, onun nümayəndəsi öz fikrini dəqiq ifadə edə bilmir. O, həmçinin bildirib ki, qəzetdəki məqalə təhqiredici xarakter daşımır. Qəzet mövcud məsələyə dair nazirin fikrini dərc etməyə hazırdır.


Müşavirədən sonra məhkəmə işə baxışı oktyabrın 8-nə təyin olundu.


İddiaya amerikalı diplomat Mətyu Brayzanın toyunu Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin maliyyələşdirməsi haqda «Azadlıq» qəzetinin avqust sayındakı məqalə səbəb olub. Nazir redaktor Qənimət Zahidin həbs edilməsi və təkzib verilməsi barədə iddia ilə məhkəməyə müraciət edib.



Bu arada, ABŞ-ın Bakıdakı səfirliyi «Azadlıq» qəzetinin məhkəməsi barədə rəy verib. Rəydə deyilir:


«Azadlıq» qəzetində dərc olunan ittihamlar tamamilə əsassızdır. Bununla belə, biz inanırıq ki, böhtan və diffamasiya kriminal cinayət sayılmamalıdır. Ona görə də biz bu cür hallarda hər hansı cinayət təhqiqatının aparılmasının və ya cinayət ittihamlarının irəli sürülməsinin əleyhinə çıxırıq. Hətta jurnalistlər əsasız şayiələr yayarsa belə».


Turan


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG