
Bu barədə oktyabrın 3-də Pekində Şimali Koreya nümayəndə heyəti ilə danışıqların sonunda bəyan olunub. Danışıqları ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və Rusiya nümayəndələri aparıblar.
ABŞ reaktorun dayandırılmasına texniki yardımı və işlərin ilkin maliyyələşdirilməsini öz üzərinə götürür.
Öhdəlik müqabilində Pxenyan əlavə iqtisadi yardım alacaq, Vaşinqton isə Şimali Koreyanı terrorizmi dəstəkləyən ölkələrin «qara» siyahısından çıxaracaq.
ABŞ prezidenti Corc Buş Şimali Koreyanın nüvə proqramının dayandırılması haqda çoxtərəfli razılaşmanın əldə olunmasını alqışlayıb.
Buş deyib ki, razılaşma Koreya yarımadasını nüvə silahından azad zonaya çevirməyə yardım edəcək.