Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:14

«Dalğa» yeni aksiyaya hazırlaşır


«Dalğa» Gənclər Hərəkatının ayaqyalın aksiyası, Bakı, 26 sentyabr 2007
«Dalğa» Gənclər Hərəkatının ayaqyalın aksiyası, Bakı, 26 sentyabr 2007
Bir neçə gün əvvəl «Dalğa» Gənclər Təşkilatının üzvləri təhsildəki problemlərə etiraz məqsədilə Sahil bağında ayaqyalın aksiya keçirdilər. Polisin zorakılığı ilə müşayiət olunan aksiyadan sonra bölməyə aparılan gənclər bir neçə saatdan sonra sərbəst buraxıldılar.

Gənclərin bundan sonra hansı etiraz aksiyaları keçirəcəyini öyrənmək üçün «Yeni Müsavat» qəzeti təşkilatın qurultaya hazırlıq üzrə komitəsinin rəhbəri Səda Həsənova ilə əlaqə saxlayıb.


Məlum olub ki, təşkilat üzvləri oktyabrın 2-də Sergey Yeseninin Mərdəkandakı bağ evinə getməyi planlaşdırır. Oktyabrın 2-i Yeseninin ad günüdür. Gənclər bağ evinə gedərkən, üzərində Yeseninin şəkilləri olan plakatlar da aparacaq. Bu, aksiyadan daha çox mədəni tədbir kimi nəzərdə tutulub.


Adıçəkilən tədbirin ideyası «Alma» qəzetinə məxsusdur və onlar da burada iştirak edəcəklər.


Daha bir məlumat isə ondan ibarətdir ki, «Dalğa»çılar «Gündəlik Azərbaycan» qəzetinin rəhbəri, həbsdə olan Eynulla Fətullayevin məhkəməsi günü – oktyabrın 5-də etiraz aksiyası keçirməyi planlaşdırır. Gənclər qolları bağlı, ağızları isə «skoç»lanmış vəziyyətdə məhkəmə binasının qabağında oturacaqlar.




«Hazırda ACP-də Rəsul bəyin vətənə gəlməsi ilə bağlı onun qayıdış layihəsi üzərində işləyirik».


Bunu «525-ci qəzet»ə müsahibəsində Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov söyləyib. O deyir ki, bu, əvvəlki illərdə aparılan işlərdən tam fərqli olacaq:


«Demək olar ki, layihənin böyük hissəsini tamamlamışıq. Layihə tam hazır olandan sonra isə onu Rəsul bəyə göndərəcəyik. Rəsul bəyin Azərbaycana qayıdışı elə olmalıdır ki, bu qayıdış hakimiyyətə qıcıq verməsin. Rəsul Quliyev bu ölkənin vətəndaşıdır, nəhayət, gəlib öz ölkəsində yaşamalı və siyasi fəaliyyətlə məşğul olmalıdır. Biz düşünürük ki, Rəsul bəy razılıq verəcəyi təqdirdə həmin proyekti reallaşdırmaq mümkün olacaq».


Akif Şahbazov onu da deyir ki, hakimiyyətin bu məsələyə yanaşması müsbətdir:


«Hakimiyyətdə təmsil olunan şəxslərlə söhbətlər aparılıb və onların fikri müsbət olub. Adları isə açıqlamaq istəmirəm…».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG