Gürcüstanda hakimiyyəti dəyişmək planı hazırlayacaq Milli Qurtuluş Komitəsi yaradılır. Sentyabrın 28-də müxalifət tərəfdarlarının mitinqində «Vahid Gürcüstan Uğrunda» Hərəkatın liderlərindən biri, parlamentin deputatı Qiya Tortladze belə deyib.
«Bu komitə dinc hakimiyyət dəyişikliyi üzrə konkret plan təqdim edəcək», - deyə Tortladze vurğulayıb.
O, həmçinin mitinq iştirakçılarına təşkilatçıların qərarını elan edib: mitinqi dayandırmaq və aksiyanı yaxın günlərdə bərpa etmək.
Məlumatı «İnterfaks» Agentliyi yayıb.
Hazırda Rustaveli prospektində avtomobillərin hərəkatı bərpa olunub. Polis və xüsusi təyinatlıların sədləri götürülüb.
Etirazlara korrupsiyada ittiham olunan keçmiş Müdafiə naziri İrakli Okruaşvilinin həbsi səbəb olub.
Bu günlərdə Okruaşvili ölkə prezidentini sərt tənqid edib, onu hakimiyyəti qəsb etməkdə, insan haqları pozuntuları və «arzuolunmaz» şəxsləri məhv etmək cəhdində təqsirləndirib.