Keçid linkləri

2025, 12 Fevral, çərşənbə, Bakı vaxtı 22:26

Avropa Məhkəməsində Azərbaycan vətəndaşının şikayətinə baxılıb


Sentyabrın 27-də İnsan Haqları üzrə Avropa Məhkəməsində Azərbaycan vətəndaşı Valentina Akimovanın şikayətinə baxılıb.


Bu haqda «Azadlıq» radiosuna Avropa Şurasının Azərbaycandakı informasiya ofisinin icraçı direktoru İlqar İbrahimli məlumat verib. Onun sözlərinə görə, məhkəmə şikayətlə bağlı qərar qəbul edib. Qərarda Akimovanın mülkiyyət hüququnun pozulduğu göstərilir. İbrahimli sikayətçinin təzminatla bağlı qaldırdığı iddianın baxılmamış saxlandığını deyir.


V. Akimova iddia ərizəsində mülkiyyət hüququnun pozulduğunu bildirib və Azərbaycan hökumətindən 51 525 dollar maddi, 30 000 dollar isə mənəvi təzminat istəyib.


XS
SM
MD
LG