Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:56

Gənclər ayaqyalın aksiya keçirməyə cəhd edib


Aksiya iştirakçıları heç bir şüar səsləndirmədən ayaqyalın gəzmək istəyiblər
Aksiya iştirakçıları heç bir şüar səsləndirmədən ayaqyalın gəzmək istəyiblər

Sentyabrın 26-da «Dalğa» Gənclər Hərəkatı təhsildə köklü islahatlar tələbi ilə aksiya keçirməyə cəhd edib. Saat 15.00-da Sahil bağında toplaşan gənclər ayaqyalın gəzmək istəyiblər. Onlardan qabaq bağa gələn polis gəncləri saxlayıb. İştirakçılardan bəziləri Nizami küçəsinə tərəf qaçıblar. Ümumiyyətlə iştirakçılardan 17 nəfəri saxlanılaraq, Səbayil rayon 39-cu polis bölməsinə aparılıblar.


Bölmənin rəisi Dədəhəsən Rzayev bildirib ki, aksiya qanunsuz olduğundan iştirakçılar saxlanılıb və izahat alındıqdan sonra azad ediləcəklər. Saat 17.30 radələrində saxlanılanlar sərbəst buraxılıblar.


Aksiya iştirakçıları heç bir şüar səsləndirmədən, plakat qaldırmadan ayaqyalın gəzmək istəyiblər. Tələblər təhsil sahəsində islahatlar, o cümlədən Bolonya prosesindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, xaricdə təhsil almaq üçün göndərilən tələbələrin seçimində şəffaflığın təmin edilməsi, təhsildə rüşvətə qarşı sistemli mübarizənin aparılması, dərs saatlarının tələbələrin istəklərinin nəzərə alınaraq müəyyənləşdirilməsi və s. olub.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG