Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 10:52

Gənclər ayaqyalın aksiya keçirəcək


«Dalğa» Gənclər Hərəkatının etiraz aksiyalarından biri
«Dalğa» Gənclər Hərəkatının etiraz aksiyalarından biri

Sentyabrın 26-da «Dalğa» Gənclər Hərəkatı təhsildə köklü islahatlar tələbi ilə aksiya keçirəcək. «Dalğa»nın yaydığı məlumata görə, aksiya Sahil bağında başlayacaq, Nizami küçəsindən keçməklə Fəvvarələr bağında gəzinti ilə davam edəcək.


Aksiya iştirakçıları heç bir şüar səsləndirmədən, plakat qaldırmadan ayaqyalın gəzəcəklər. Tələblər təhsil sahəsində islahatlar, o cümlədən Bolonya prosesindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, xaricdə təhsil almaq üçün göndərilən tələbələrin seçimində şəffaflığın təmin edilməsi, təhsildə rüşvətə qarşı sistemli mübarizənin aparılması, dərs saatlarının tələbələrin istəklərinin nəzərə alınaraq müəyyənləşdirilməsi və s. olacaq.


Aksiyaya Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, səfirliklərin, gənclər təşkilatlarının, QHT-lərin və ictimaiyyətin tanınmış nümayəndələri dəvət olunub.



XS
SM
MD
LG