Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 05:33

«Yol əməliyyatları»


«Körpü və keçid tikintisi dövlət vəsaiti hesabına varlanmağın ən sərfəli yoludur»
«Körpü və keçid tikintisi dövlət vəsaiti hesabına varlanmağın ən sərfəli yoludur»

«Azadlıq» qəzeti yazır ki, Azərbaycanda iri korrupsiya mənbələrindən biri də dövlət səviyyəsində həyata keçirilən təmir-tikinti işləridir. Büdcədən ayırmalar hesabına müxtəlif inzibati binaların, konsert salonlarının, sarayların təmir edilməsi barədə qərarlar əhalidə məmurların daha nə qədərsə vəsait mənimsəmək istəyindən başqa bir effekt doğurmur. «Son illərdə kütləvi hal almış yolların bərpası və yenidənqurulması, körpü və keçidlərin inşası kimi iri dövlət layihələrinə də yalnız bu qəbildən yanaşılır. İnsafən, sadə azərbaycanlıları bu məsələyə yanaşmada yersiz şübhələrə yol verməkdə qınamaq mümkün deyil. Ötəri araşdırmalar da təsdiqləyir ki, Azərbaycanın hökumət üzvləri indi başlıca prioritetə çevirdikləri yol tikintisi, körpü və keçid açılışlarına dövlət vəsaiti hesabına varlanmağın ən sərfəli yolu kimi baxırlar».


«Üç nöqtə» nin məlumatına görə, ötən ay göydələnlərdən mənzil alan olmayıb. «Bakının mərkəzində hündür mərtəbəli binanın uçması tikinti bazarında aktivliyi son üç ildə ən aşağı səviyyəyə salıb». Əmlak Bazarı İştirakçıları Birliyinin icraçı direktoru Nüsrət İbrahimov belə düşünür: «Ötən ay paytaxtda yeni tikililərin satışı demək olar ki, dayanıb. Mənzillərin qiymətində cəmi 0,2 faizlik artım baş verib ki, bu bahalanma da əsasən təkrar mənzil və kommersiya obyektləri hesabına olub. Yeni tikilən evlərdə isə ümumiyyətlə hansısa kiçik bir dəyişiklik nəzərə çarpmayıb. Bu da son üç ayda ən aşağı göstəricidir».


«Ekspress» in məlumatına görə xaricdə təhsil alanların sayı artırılacaq. İqtisadi inkişaf naziri Heydər Babyevin Böyük Britaniyanın energetika naziri Malkolm Uiksinlə görüşündə bu fikir səslənib.


Görüşdə bildirilib ki, bu il «Dövlət proqramı» çərçivəsində 100-dən çox azərbaycanlı gənc xarici ölkələrdə təhsil ala biləcək. Gələcəkdə, dövlət hesabına, onların sayı 1000 nəfərə çatdırılacaq.


XS
SM
MD
LG