Dağlıq Qarabağda saxlanan azərbaycanlı əsir Azərbaycana təhvil verilib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) məlumatına görə, təhvilvermə əməliyyatı cəbhə xəttində - Ağdam rayonunda həyata keçirilib.
BQXK bildirir ki, əsirin verilməsini bütün tərəflərin müraciətinə əsasən və onların əməkdaşlığı şəraitində həyata keçirib.
Qaytarılan əsirin adı Əşrəf Cəfərovdur. O, bu il iyunun 30-da ermənilər tərəfindən əsir götürülüb.
1992-ci ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı regionda fəaliyyətə başladığı vaxtdan BQXK 662 nəfərin repatriasiyasına və ya ötürülməsinə yardım edib.