Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:49

Moskvada azərbaycanlıların yaşadığı mənzilə partlayıcı atıblar


Skinhedlər mənzilin bayırına «azərbaycanlılar rədd olsun!» sözlərini yazıblar
Skinhedlər mənzilin bayırına «azərbaycanlılar rədd olsun!» sözlərini yazıblar

Sentyabrın 21-i gecə saat 3 radələrində Moskvada Laboçovski küçəsində azərbaycanlıların yaşadığı mənzilə partlayıcı atıblar. Nəticədə 1980-ci il təvəllüdlü Qədimov Arzu Cəmşid oğlu ciddi xəsarəti alıb. O, bədənin 90 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edəcəklərinə söz vermirlər.


Məlumatı «Azadlıq» radiosuna Moskvada çıxan «Millətin qəzeti»inin redaktoru Tünzalə Vəliqızı verib.


Jurnalistin sözlərinə görə, azərbaycanlıların kirayədə yaşadıqları mənzil yaşayış binasının birinci mərtəbəsində yerləşir. Sentyabrın 20-si axşam saatlarında skinhedlər mənzilin bayırına «azərbaycanlılar rədd olsun!», «azərbaycanlılara burada yer yoxdur!» sözlərini yazıblar. Bundan sonra evin pəncərəsindən içəriyə partlayıcı atıblar.


Partlayıcı Qədimov Arzu Cəmşid oğlunun üstünə düşdüyündən o ciddi xəsarət alıb. Digər şəxslər isə yüngül xəsarət alıblar. Evə ciddi ziyan dəyib.


XS
SM
MD
LG