Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:41

Bal arıları kütləvi şəkildə qırılır


Alimlər arıların qırılmasıyla bağlı araşdırmaları davam etdirəcəklərini deyirlər
Alimlər arıların qırılmasıyla bağlı araşdırmaları davam etdirəcəklərini deyirlər

Şimali Amerikada və Avropanın ayrı-ayrı yerlərində bal arıları kütləvi şəkildə qırılırlar. Alimlər arıların bu cür yoxa çıxmalarını səbəbini izah etməkdə çətinlik çəkirlər. Birləşmiş Ştatların bəzi təsərrüfatlarında hətta arıların 90 faizi yoxa çıxıb. Bəzi alimlər deyirlər ki, bunun səbəbi arıların tozlandırdıqları bitkilərin genetik dəyişikliyə uğramalarıyla bağlıdır.


Ancaq digər səbəblər də göstərilir. Tədqiqatçılar qrupunu rəhbəri Diana Koks Foster deyir ki, arıların yoxa çıxmasının bir səbəbi mobil telefonlardan gələn radiasiyanın onlara mənfi təsir göstərməsidir.


İndi çox dəbdə olan qlobal istiləşməninsə rolundan danışmağa dəyməz. Çünki arılar tropik ərazilərdən tutmuş arktik ərazilərə qədər bütün yerlərdə saxlanılır. Onlar uzun qışa, qısa yaza uyğunlaşmaqda çətinlik çəkmirlər.


Alimlər güclü iflic etmə qabiliyyəti olan bir virusun üzərində də dayanıblar. Ola bilsin Amerikadakı və Avropadakı arılar bu virusa Avstraliyadan gəlmiş bal arılarından yoluxublar. Həmin virus arıların kütləvi şəkildə qırıldığı plantasiyalardan tapılıb.


Ancaq Avstraliya arıçıları bu fikrə şübhəylə yanaşırlar. Deyirlər ki, onların arıları sağlamdırlar və çox yaxşı işləyirlər.


Pensilvaniya Dövlət Universitetinin bioloqu Edvard Holmes isə bu ziddiyyəti belə izah edir: «Çox kiçik bir genetik dəyişiklik xoş təbiətli virusu çox təhlükəli virusa çevirə bilər. Misal üçün «Qərbi Nil» virusu. Bu virus Afrikada xoş təbiətli sayılırdı. Ancaq Amerikadakı qarğalarda özünü öldürücü virus kimi göstərmişdi. Elə indi haqqında danışdığımız virusun da İsraildə, Avstraliyada və Amerikada özünü müxtəlif cür göstərməsinin səbəbi onda baş verən kiçik genetik dəyişiklik ola bilər».


Ancaq alimlər onu da deyirlər ki, arıların qırılmasıyla bağlı onlar araşdırmalarını hələ davam etdirəcəklər.


XS
SM
MD
LG