Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:10

Türkmənistanda insan haqları üzrə komissiya işə başlayıb


Türkmənistanda yaxınlarda yaradılmış insan haqları üzrə komissiyanın ilk iclası keçirilib.

Komissiya üzvləri insan haqlarının qorunmasına dair milli proqramın layihəsini, həmçinin, Avropa Birliyi və bəzi BMT idarələri ilə əməkdaşlıq planlarını təsdiq ediblər.


Türkmənistan xəbər agentliyinin məlumatına əsasən, komissiyanın əsas vəzifələrindən biri insan haqları sahəsində ölkə qanunlarını beynəlxalq normalara uyğunlaşdırmaqdır.


XS
SM
MD
LG