Sentyabrın 17-də Kızıl-Yurt rayonunun Yeni Sulak kəndində keçirilən xüsusi əməliyyat bir neçə saat çəkib.
Xüsusi evdə mühasirəyə alınmış yaraqlılar pulemyot və avtomatlardan atəş açıblar. Nəticədə 1 milis və təsadüfən atəş altına düşən bir qadın həlak olub. Xüsusi təyinatlıların iki döyüşçüsü isə yaralanıb.
«Mayak» radiosu xəbər verir ki, Rappani Xəlilovun müavini Nəbi Nəbiyev əslən Azərbaycandandır. O, 1975-ci il təvəllüdlüdür.