Keçid linkləri

2025, 26 Yanvar, bazar, Bakı vaxtı 09:25

Özbəkistanda dekabrın 23-də prezident seçkisi keçiriləcək


Seçkiqabağı kampaniyanın başlanması rəsmən sentyabrın 21-də elan olunacaq. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Mirzo-Uluqbek Abdusalamov məlumat verib.

Dekabrda 1991-ci ildən bəri Özbəkistana rəhbərlik edən İslam Kərimovun prezidentlik müddəti başa çatır. Onun yenidən prezidentliyə namizədliyini verib-verməyəcəyi hələlik bilinmir.


Özbəkistanda siyasi müxalifət yox dərəcəsindədir. Bu ölkədə əvvəlki seçkilərin heç birini beynəlxalq müşahidəçilər azad və ədalətli hesab etməyiblər.


XS
SM
MD
LG