Keçid linkləri

2025, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 20:46

Təhsilin inteqrasiyası hökumətin prioritetidir


Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə

Beynəlxalq təhsil məkanına inteqrasiya Azərbaycan hökumətinin prioritetlərindəndir.


Bunu beynəlxalq konfransda çıxışında Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O, bildirib ki, Azərbaycanın təhsil sisteminin ildən-ilə təkmilləşir.


Sentyabrın 17-də Bakıda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (İAEA) «Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı» mövzusunda növbəti konfransı öz işinə başlayıb. Toplantıya 40-a yaxın ölkədən 200-dən artıq nümayəndə qatılıb.


Hazırda toplantı Azərbaycan ali məktəblərinin professor-müəllim heyətinin elmi məruzələrilə davam edir.


XS
SM
MD
LG