Azərbaycanda sosial hüquqların pozulmasıyla bağlı şikayətlər artıb. İnsan haqları üzrə müvəkkil Elmira Süleymanova belə deyir. Onun sözlərinə görə, bu şikayətlər daha çox ünvanlı sosial yardımın və əllilik dərəcəsinin verilməsi ilə bağlıdır.
Ombudsman bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova müraciət ünvanlayıb və ümid edir ki, bəzi məmurlar bu şikayətlərlə bağlı cəzalandırılacaq.
Şikayətlər əsasən rüşvət halları və ünvanlı sosial yardımın verilməsi prinsipləriylə bağlıdır.