Keçid linkləri

2024, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 21:46

«Həmsədrlər sözbazlıq etməməlidirlər»


Novruz Məmmədov deyir ki, prezidentlərin danışıqlar aparması üçün maneə yoxdur
Novruz Məmmədov deyir ki, prezidentlərin danışıqlar aparması üçün maneə yoxdur

Prezidentlərin görüşüb danışıqlar aparması üçün maneə yoxdur. Danışıqlar artıq neçə illərdir ki, davam edir, amma həlledici məqam yaxınlaşanda Ermənistan rəhbərliyi mütləq bir maneə tapır»- Prezidentin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Azadlıq» radiosuna müsahibəsində belə deyib. Şöbə müdiri Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesinə toxunaraq bildirib ki, «əslində Ermənistan tərəfi çox çirkin bir oyun oynayır».


Cənab Məmmədov deyir ki, beynəlxalq ictimaiyyət məsələyə kəskin reaksiya verməlidir. «Elə ATƏT-in Minsk qrupu həmsədrləri olan ölkələr də yalnız bəyanat verməklə işlərini bitmiş hesab edirlər. BMT-nin qətnamələrinə əməl olunmalıdır. Ermənistan işğalçı dövlətdir, Azərbaycanın ərazi bütövlüyünü pozub, amma bununla bağlı heç kim heç bir şey demir».


Şöbə müdiri həmsədrlərin hazırkı fəaliyyətinin istənilən səviyyədə olmadığını bildirir: «Həmsədrlər sözbazlıq etməməlidirlər. Konkret iş görməlidirlər. Demək lazımdır Azərbaycan ya Ermənistan nədə günahkardır?»


Novruz Məmmədovun fikrincə dünyanın Qarabağ probleminə münasibətində artıq ədalət prinsipi pozulub.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG