Milli Televiziya və Radio Şurasının (MTRŞ) sentyabrın 7-də keçirilən iclasında «Azadlıq» və «Amerikanın Səsi» radiolarına Azərbaycan Respublikasında fəaliyyətləri üçün lisenziya verilib. Lisenziyanın müddəti bir ildir. Hazırda bu radiolar Bakıda 101.7 FM və 1530 AM, rayonlarda isə 1296 tezliklərində yayımlanır.
MTRŞ-ın iclasında həmçinin Lənkəran rayonu və ətraf ərazilərdə yayımlanmaq üçün «Cənub TV» MMC-yə altı illik lisenziya verilib.