Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 12:22

«İraq türkmənlərinin Bakıda nümayəndəliyinin açılması təklifinə baxıla bilər»


«Azərbaycan gələcəkdə İraqın bərpası prosesində iştirak etmək niyyətindədir»
«Azərbaycan gələcəkdə İraqın bərpası prosesində iştirak etmək niyyətindədir»

Azərbaycan İraq türkmənlərinin Bakıda nümayəndəliyinin açılması təklifinə baxa bilər. Xarici işlər nazirinin müavini Xələf Xələfov belə deyib: «Bu istisna deyil, amma məsələyə beynəlxalq hüquq normaları çərçivəsində yanaşmaq lazımdır. Burada əsas İraq hökumətinin mövqeyidir».


Nazir müavini bildirib ki, Azərbaycan vahid İraqın tərəfdarıdır.


Xələf Xəlfov İraqda baş verən proseslərin Bakını narahat etdiyini vurğulayıb. O, deyir ki, Azərbaycan gələcəkdə İraqın bərpası istiqamətində mülki layihələrdə iştirak etmək niyyətindədir.


XİN rəsmisi Azərbaycanın İordaniyadakı səfirliyinin eyni zamanda İraqda da diplomatik missiya yerinə yetirdiyini bildirib: «İordaniyadakı səfirimiz Elman Araslı bu yaxınlarda etimadnaməsini İraq hökumətinə təqdim edəcək».


Bu həftə Bakıda olan İraq türkmənləri dəstək gözlədiklərini və nümayəndəliklərinin açılmasını arzuladıqlarını bildiriblər.


XS
SM
MD
LG