Raket əleyhinə müdafiəyə dair Rusiya-ABŞ danışıqlarının növbəti raundu sentyabrın 10-da Parisdə olacaq. Bunu sentyabrın 5-də Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin nümayəndələri bildiriblər.
Danışıqların birinci raundu iyulda Vaşinqtonda keçirilib. Diqqət mərkəzində Polşa və Çexiyada Amerikanın raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsidir. Rusiya bu planları kəskin tənqid edir.
Rusiyanın Strateji Təyinatlı Raket Qoşunlarının komandanı Nikolay Solovtsov deyib ki, yaxın üç ildə Rusiya raket əleyhinə müdafiəni yaran daha müasir sistemlərlə silahlanacaq.