Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 11:16

Müəllimlərin maaşı artırılacaq


Həm orta, həm də ali məktəb müəllimlərinin əməkhaqları yaxın vaxtlarda artırılacaq. Bu haqda Təhsil naziri Misir Mərdanov rəhbər təhsil işçilərinin ümumrespublika konfransındakı çıxışında bildirib.


«Azadlıq» radiosuna müsahibəsində isə cənab Mərdanov Təhsil Nazirliyinin bu məsələ ilə bağlı təkliflərini dövlət başçısına təqdim etdiyini deyib. Onun sözlərinə görə, dövlət başçısı bu haqda uyğun dövlət qurumlarına müraciət edib:


«Biz yaxın zamanlarda prezident fərmanı ilə müəllimlərin əməkhaqlarının faizlə deyil, bir neçə dəfə artırılacağını gözləyirik».


Misir Mərdanov Təhsil Nazirliyinin 2008-ci ilin dövlət büdcəsində təhsilə ayrılacaq vəsaitin artırılması üçün Nazirlər Kabinetinə müraciət etdiyini də deyib. Onun sözlərinə görə, ölkə üzrə 21 məktəb qəzalı durumdadır. Bu məktəblərin təmiri üçün büdcədən ayrılan 3,3 milyon manat vəsait azlıq etdiyindən prezidentin Ehtiyat Fondundan daha 14 milyon manat vəsait ayrılıb və ilin sonuna qədər həmən məktəblərdə təmir-tikinti işlərinin başa çatacağı planlaşdırılır.


700 məktəbdə isə yeni korpusların tikilməsinə ehtiyac var. Bundan başqa, orta təhsilin səviyyəsinin yüksəldilməsi üçün Azərbaycanda daha 600 yeni məktəb binası tikilməlidir. Təhsil Naziri Misir Mərdanov belə deyib.


XS
SM
MD
LG