Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 02:23

Bina çökməsi ilə bağlı 4 nəfər saxlanıb


Məlumatda bildirilir ki, cinayət işinin istintaqı davam edir
Məlumatda bildirilir ki, cinayət işinin istintaqı davam edir
Yasamal rayonu, Murtuza Muxtarov küçəsi -185 saylı ünvanda yerləşən 15 mərtəbəli binanın uçması ilə bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumatda deyilir ki, hadisə nəticəsində uçqun altında qalan beş nəfər həlak olub, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İşlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan, özbaşına bina tikmə maddələri üzrə cinayət işi qaldırılıb.


Prokurorluğun, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin nümayəndələrindən ibarət əməliyyat-istintaq qrupu yaradılıb.


Məlumatda bildirilir ki, Bakı meriyası 1994-cü il tarixində verdiyi sərəncamla yalnız tikintinin layihələşdirilməsinə icazə verib.


«Mütəfəkkir» MMC müvafiq icazə almadan və layihəni razılaşdırmadan 2002-ci ildə özbaşına bina inşasına başlayıb.


Faktla bağlı «Mütəfəkkir» MMC-nin baş direktoru Əli Muradov, eləcə də mühəndis Əsgər Əliyev, iş icraçıları Fərhad Həsənov və Qədir Səlimov şübhəli şəxs qismində saxlanılıblar.


Məlumatda daha sonra bildirilir ki, cinayət işinin istintaqı davam edir və xilasetmə tədbirləri həyata keçirilir.


XS
SM
MD
LG