Dövlət ittihamçısı «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» MMC-nin prezidenti Hüseyn Arabula 8 il iş istəyib. Bu barədə «Azadlıq» radiosuna Hüseyn Arabulun vəkili Abbas Atakişiyev məlumat verib. Dövlət ittihamçısı Abdulla Yusifov məhkəmədən şirkətin vitse-prezidenti Ömər Günərin xəstə olmasını və istintaqa vəsitəçilik etməsini yüngülləşdirici hal kimi nəzərə almasını xahiş edib. Digər təqsirləndirilən 5 nəfərə də 6 ildən 4 ilə qədər cəza istənilib.
Vəkil Abbas Atakişiyev deyir ki, istər ibtidai, istərsə də məhkəmə istintaqında Hüseyn Arabula qarşı irəli sürülən ittihamların əsassız olduğu məlum olub. Onun sözlərinə görə, bütün ittihamlar yalnız ehtimallara əsaslanır: «Ədalətli məhkəmə araşdırılması aparılsa, Hüseyn Arabulun təqsirsizliyi ortaya çıxacaq».
Sentyabrın 3-ü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bu proses vəkillərin çıxışı ilə davam edəcək.
Hüseyn Arabul və «Barmek»in digər altı əməkdaşı mənimsəmə, israfçılıq, vəzifə səlahiyyətlərini aşma və başqa iqtisadi cinayətlərdə ittiham edilirlər.