Yaxın vaxtlarda Cənubi Koreya Azərbaycana 2 milyard dollara yaxın sərmayə qoyacaq. Sərmayə əsasən qeyri-neft sektoruna yönəldiləcək.
Avqustun 27-də Bakıda keçirilən Koreya-Azərbaycan iş adamlarının biznes forumunda İqtisadi İnkişaf naziri Heydər Babayev deyib ki, bu ölkə ilə əməkdaşlıq yeni mərhələyə keçir. Koreya şirkətləri Azərbaycanda fəallaşırlar. Onlar daha çox qeyri- neft sektoruna maraq göstərməklə digərlərindən fərqlənirlər:
«Hazırda Azərbaycan Koreya şirkətlərinin birindən aldığı razılaşmanın şərtlərini qiymətləndirir. Qiymətləndirmə yekunlaşandan sonra onlara cavab veriləcək».
Nazirin sözlərinə görə, söhbət energetika, gəmiqayırma və digər sahələrdən gedir.