Keçid linkləri

2025, 16 Fevral, bazar, Bakı vaxtı 12:53

Polyakların çoxu ölkədə ABŞ raketlərinin yerləşdirilməsinin əleyhinədir


Çexiyada da əhalinin əksəriyyəti ABŞ-ın planlarına qarşıdır
Çexiyada da əhalinin əksəriyyəti ABŞ-ın planlarına qarşıdır

Varşavadakı İctimai Rəyi Öyrənmə Mərkəzinin məlumatına əsasən, polyakların 56 faizi ölkə ərazisində ABŞ-ın raketlərdən müdafiə sisteminin yerləşdirilməsinin əleyhinədir.


Əks mövqedə olanların sayı bundan iki dəfə azdır.


Yalnız hər dörd polyakdan biri düşünür ki, Amerikanın raketlərdən müdafiə sistemi Polşanın təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək. Respondentlərin 37 faizi isə əksinə, ehtiyatlanırlar ki, raket əleyhinə sipər ölkə üçün əlavə təhlükə yaradacaq.


Maraqlıdır ki, rəyi soruşulanların 70 faizinin fikrincə, ölkə rəhbərliyi bu məsələ üzrə ABŞ-la aparılan danışıqlar barədə vətəndaşları kifayət qədər məlumatlandırmır.


Hökumətin özü isə bunu danışıqların bir çox detallarının məxfiliyi ilə izah edir.


Birləşmiş Ştatlar Polşada düşmənin hava hədəflərinin məhvi üçün 10 raketdən ibarət sistem yerləşdirilməyi planlaşdırır.


XS
SM
MD
LG