Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 22:48

«Müəllimin geyimi müzakirə olunmamalıdır»


Misir Mərdanov respublikanın bütün məktəblərinin yeni dərs ilinə hazır olduğunu bildirib
Misir Mərdanov respublikanın bütün məktəblərinin yeni dərs ilinə hazır olduğunu bildirib

«Orta məktəb müəllimələrinin forması ilə bağlı qərar düşünülməmiş qərardır». Təhsil naziri Misir Mərdanov müəllimələrə şalvar geyinməyin qadağan edilməsi ilə bağlı Bakı Təhsil İdarəsinin tövsiyəsinə münasibət bildirərkən belə deyib. «Müəllim məktəbin simasıdır. Onun geyimi müzakirə olunmamalıdır».


Bakı Təhsil İdarəsi yeni dərs ilindən müəllimələrin dar cins şalvarda dərsə gəlməməsini tövsiyə edirdi. İdarənin fikrincə, bu, pedaqoji prosesə mənfi təsir göstərir.


Misir Mərdanov onu da bildirib ki, hazırda respublikanın bütün məktəbləri yeni dərs ilinə hazırdır. Nazirin sözlərinə görə bütün dərsliklər 90 faiz çatdırılıb. 200 məktəbdə təmir-tikinti işləri yekunlaşmaq üzrədir.


XS
SM
MD
LG