Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:01

Nardaranda atışma olub


Avqustun 12-də Bakının Nardaran kənd sakinləri arasında silahlı toqquşma baş verib. Nəticədə 1971-ci il təvəllüdlü Musa Cəlilov güllə yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən «Azadlıq» radiosuna verilən xəbərə görə, Musa Cəlilovu həmkəndlisi ov tüfəngindən açdığı atəşlə yaralayaraq hadisə yerindən qaçıb. Artıq onun kimliyi bəllidir və Sabunçu Rayon Polis Bölməsi axtarış tədbirlərinə başlayıb. DİN-in Mətbuat Xidmətindən bildirirlər ki, Nardaran sakinləri arasında mübahisə məişət zəminində baş verib.


Həkimlər yaralının durumunun orta ağır olduğunu bildirir.


XS
SM
MD
LG