Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 05:18

Fidel Kastronun 81 yaşı tamam olur

Kuba rəsmiləri Fidel Kastronun hələ müalicədən sonrakı bərpa prosesi keçdiyini deyillər
Kuba rəsmiləri Fidel Kastronun hələ müalicədən sonrakı bərpa prosesi keçdiyini deyillər

Kuba lideri Fidel Kastronun avqustun 13-də 81 yaşı tamam olur. Amma Kuba Kommunist Partiyasının rəsmiləri hələ ki bu münasibətlə heç bir təntənəli mərasim nəzərdə tutmayıblar.


Kastronun özü- 2006-cı ilin iyulunda xəstəliyi üzündən səlahiyyətlərini qardaşına təhvil verəndən sonra-ictimaiyyət arasında görünməyib. Kuba rəsmiləri Fidel Kastronun hələ müalicədən sonrakı bərpa prosesi keçdiyini deyillər.


Ötən əsrin 40-cı illərinin sonunda, tələbəlik dövründə Kubada Batista rejiminə qarşı mübarizəyə qoşulub. 1953-cü il iyulun 26-da tərəfdaşları ilə birgə qiyam qaldırsa da, cəhdləri alınmır və Kubanı tərk etməyə məcbur olur. Nəhayət, 1959-cu ilin əvvəlində onun başladığı hərəkat məqsədinə çatır. Kubada sosialist idarəetməsi əsasında Kastro rejimi yaranır.


XS
SM
MD
LG