Keçid linkləri

2025, 22 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:33

Əlillik dərəcəsi almaq üçün 367 əsassız göndəriş müəyyən edilib


Səhiyyə Nazirliyi bu ilin ilk dörd ayı ərzində apardığı araşdırma zamanı əlillik dərəcəsi almaq üçün 367 əsassız göndərişin olduğunu müəyyən edib. Ötən il isə komissiya əlillik dərəcəsi verilmiş 16 mindən çox xəstədən iki minə yaxın saxta əllilik göstəricisi aşkar edib. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə nazirliklərinin avqustun 10-da keçirdiyi iclasda bildirilib ki, tibbi-sosial ekspert komissiyaları ölkədə əlilliyin səviyyəsini aşağı göstərmək məqsədilə 6 mindən çox şəxsin müraciətinə dərhal baxmamışdı.


Səhiyyə Nazirliyinin rəhbərliyi işində nöqsanlara yol vermiş bəzi rayon mərkəzi xəstəxanaların baş həkimlərini vəzifəsindən azad edib, bəzilərinə isə xəbərdarlıq edib.


XS
SM
MD
LG