Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 23:57

BQXK-nın əməkdaşları azərbaycanlı əsirə baş çəkiblər


Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağ ofisinin nümayəndələri Qarabağda saxlanan azərbaycanlı mülki şəxsə baş çəkiblər. Bu barədə «Azadlıq» radiosuna məlumat verən BQXK-nın Azərbaycan nümayəndəliyinin sözçüsü Gülnaz Quliyeva deyir ki, əsirin saxlanma şəraiti və onun hər hansı şikayətinin olub-olmamasıyla maraqlanıblar. Quliyevanın sözlərinə görə, komitənin tibb eksperti əsirin psixoloji vəziyyətini müayinə edib.


Bir müddət əvvəl Ağdam istiqamətində əsir götürülən azərbaycanlının Əşrəf Cəfərov olduğu deyilir. Qohumları onun ruhi xəstə olduğunu iddia edirlər.


Əsir və İtkin düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsindən əsirin azad olunmasına köməklik göstərməsini xahiş etmişdi.


XS
SM
MD
LG