Keçid linkləri

2026, 14 Mart, şənbə, Bakı vaxtı 16:52

«Arsenal»ın kapitan sarğısı Cilberto Silvaya verilib

Tyerri Anrinin «Barselona»ya keçidindən sonra «Arsenal»ın boş qalan kapitan sarğısı Cilberto Silvaya tapşırılıb.


30 yaşlı braziliyalı ötən mövsüm vitse-kapitan idi və Anri zədəli olarkən dəfələrlə komandanı meydana çıxarmışdı.


Kapitan sarğısı Cilberto Silvaya veriləndən sonra Uilyam Qallasla Kolo Ture vitse-kapitan təyin olunub.


XS
SM
MD
LG