Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:53

İran İraqa dəstək vəd edib


İraq qonşu dövlətləri onun ərazisinə ekstremist qruplaşmaların və silah axınının qarşısını almaqda yardım etməyə çağırıb.


Bu bəyanatla Dəməşqdə İraq hərbi kəşfiyyatının rəhbəri Hüseyn Kamal çıxış edib.


Avqustun 8-də Suriya paytaxtında İraqda təhlükəsizlik problemlərinə dair konfrans açılıb. Konfransda İraqla qonşu ölkələrin, habelə ABŞ və Böyük Britaniyanın nümayəndələri iştirak edirlər.


Bu arada, İran söz verib ki, İraq hakimiyyətinin ölkədə təhlükəsizliyi təmin etmək səylərinə yardımçı olacaq.


İraqın Baş naziri Nuri əl-Maliki İran prezidenti Mahmud Əhmədinejad və İran rəhbərliyinin digər nümayəndələri ilə danışıqlarda onların dəstəyini alıb.


ABŞ iddia edir ki, İran İraqda fəaliyyət göstərən yaraqlılara yardım edir.


XS
SM
MD
LG