Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 01:19

Son üç ayda 32 nəfəri ilan vurub


İnsanlara hücum edən ilanların daha çox gürzə və əfi olduğu bildirilir
İnsanlara hücum edən ilanların daha çox gürzə və əfi olduğu bildirilir

Aprelin sonundan iki saylı Əfəndiyev xəstəxanasının Toksikologiya şöbəsinə ilan sancmadan zərər çəkmiş 32 nəfər müraciət edib. Onlardan biri dünyasını dəyişib, qalanlarını isə xilas etmək mümkün olub. Bu barədə «Turan»a şöbə müdiri Azər Maqsudov bildirib.


Onun sözlərinə görə, həmçinin yeddi nəfəri qaraqurd hörümçəyi sancıb. İlanlara gəlincə, bunlar əksərən gürzə və əfi ilan olub. Zərər çəkmişlər əsasən Abşeron yarımadasının yaşayış məntəqələrindən və bağlarından, o cümlədən Bərdə, Yevlax, Masallı, Lənkəran, Qobustan və Qəbələdən daxil olublar.


Azər Maqsudovun dediyinə görə, yanvardan martadək dəm qazından 27 zəhərlənmə hadisəsi qeydə alınıb ki, onlardan biri ölümlə nəticələnib. Yarım il ərzində xəstəxanaya sirkə turşusundan zəhərlənmiş 12 şəxs daxil olub, onlardan biri dünyasını dəyişib. Şöbə müdirinin sözlərinə görə, son vaxtlar «medikamentoz allerqiya» hadisələri (dərmanlarla zəhərlənmə) çoxalıb.


XS
SM
MD
LG