Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 11:51

Fərəməz Novruzoğlu aclıq aksiyasını dayandırıb


Fərəməz Novruzoğlu iyulun 20-də aclıq aksiyasına başlamışdı
Fərəməz Novruzoğlu iyulun 20-də aclıq aksiyasına başlamışdı

Hazırda həbsdə olan «Nota-bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu aclıq aksiyasını dayandırıb. Bu barədə «Azadlıq» radiosuna jurnalistin cəza çəkdiyi həbsxananın rəisi Ərşad Həsənov məlumat verib. Cənab Həsənovun sözlərinə görə, artıq avqustun 1-dən Fərəməz Novruzoğlunun öz istəyi ilə ağzının tikişləri sökülüb: «Bu gün səhər isə mənim yanımda qida qəbul etdi».


Fərəməz Novruzoğlu iyulun 20-də aclıq aksiyasına başlamışdı. O, qəzetləri oxumasına imkan yaradılmasını, məqalələrinin mətbuatda dərcinə icazə verilməsini və beynəlxalq hüquq müdafiəçilərinin iştirakı ilə işinə yenidən baxılmasını tələb edirdi.


Fərəməz Novruzoğlu bu ilin yanvarında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Daxili İşlər naziri Ramil Usubov və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbarahimov şərəf və ləyaqətin təhqir olunması ilə bağlı məhkəmə iddiası qaldırmışdılar.


XS
SM
MD
LG